Millimiz "Kəpəz"lə qarşılaşacaq

20:50 - 23 Sentyabr 2026

“Kəpəz”in əvəzedici heyəti 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) ilə yoxlama matçı keçirəcək.

Sportal.az xəbər verir ki, qarşılaşma sentyabrın 25-də saat 17-də Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq.

Bu oyun U-19-un “Kəpəz” PFK-nın Təlim-Məşq Mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində gerçəkləşəcək.

Yeri gəlmişkən, yığma “Kəpəz-2”dən savayı, oktyabrın 2-də Gəncə təmsilçisinin əsas komandası ilə də görüşəcək.

Xəbər xətti