Yığma komandamızın hücumçusu Serbiya klubunun məşqlərinə cəlb edildi

16:18 - 2 Oktyabr 2026

Azərbaycan U-19 yığma komandasının yarımmüdafiəçisi İslam Həsənov Serbiyada çıxışını davam etdirir.

Sportal.az xəbər verir ki, “Srvena Zvezda”ya məxsus olsa da, icarə əsasında “Qrafiçar” klubunda oynayn 18 yaşlı hücumameyilli yarımmüdafiəçi U-19 komandasının kapitanıdır.

O, “Qrafiçar”ın əsas komandasına məşqlərinə cəlb edilib.

Həsənov hətta "Qrafiçar"ın "Teleoptik"lə(4:1) görüşündə heyətə daxil olunub. Lakin o, sona qədər ehtiyatda oturub.

Xəbər xətti