U-20 yığmasında dəyişiklik edildi

16:35 - 2 Oktyabr 2026

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Xatırladaq ki, U-20 toplanışda Moldova (3 oktyabr) və Yaponiya (6 oktyabr) yığmaları ilə yoldaşlıq matçları keçirəcək.

Xəbər xətti