"Səbail" "Şimal"a qalib gəldi

18:15 - 2 Oktyabr 2026

Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Səbail” yoxlama matçı keçirib.

Sportal.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi kollktiv "Şimal"la üz-üzə gəlib. Binə qəsəbə stadionunda baş tutan qarşılaşmada "dənizçilər" 5:2 hesablı qələbə qazanıb.

“Səbail”in heyətində Yan Said dubl edib, digər qollara isə Eltun Turabov, Peter Agblevor və Kənan Quliyev imza atıb.

Xəbər xətti