"Neftçi" "Araz-Naxçıvan"a qalib gəldi

18:36 - 2 Oktyabr 2026

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Neftçi" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisinin qollarını Alen Şkribek və Andrey Ştoqrin vurub.

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında 6 turdan sonra 15 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb. 2 xalı olan "Araz-Naxçıvan" isə sonuncu - 12-ci yerdədir.

Xəbər xətti