Futzal üzrə AÇ-2027-nin əsas mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.
Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.
saytlarin hazirlanmasi
