“Liverpul” Florian Virtsi sata bilər.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "mersisaydlılar" Andoni İraolanın rəhbərliyi altında oyun sistemini yenidən quraraq almaniyalı yarımmüdafiəçinin özü üçün daha rahat mövqedə çıxış etməsinə şərait yaradıblar. Lakin bu dəyişiklik onun məhsuldarlığında ciddi artıma səbəb olmayıb.
Əgər yarımmüdafiəçi yaxın həftələrdə vəziyyəti dəyişə bilməsə, klub onun gələcəyi ilə bağlı ciddi düşünməyə başlayacaq. Qış transferi istisna edilir. Əhəmiyyətli dəyişiklik baş verməyəcəyi təqdirdə, Virtslə yolları ayırmaq üçün uyğun vaxt 2027-ci ilin yayı ola bilər.
Qeyd edək ki, bu mövsüm Virts Premyer Liqada 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
