“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Kriştiano Ronaldu ilə bağlı vəziyyətə münasibət bildirib.
Sportal.az xəbər verir ki, 41 yaşlı futbolçu baş məşqçi Jorje Jesusun sentyabrın 27-də Norveçlə keçirilən matçda onu meydana buraxmamaq qərarından sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Məlumata görə, 41 yaşlı hücumçu bundan sonra milli komandada çıxış etməmək qərarına gəlib.
“Kriştiano Ronaldu ilə pis rəftar etdilər. Çox pis. Yeni məşqçi gəldi və özünü Aleks Ferqyuson hesab etməyə başladı. Bunun nəyə əsaslandığını bilmirəm. Bu vəziyyət ölkəni ikiyə böldü.
Bütün bunları görmək xoş deyil. Məncə, heç bir futbolçu milli komandadakı karyerasını bu şəkildə başa vurmamalıdır. Düşünürəm ki, bir qədər istirahət etdikdən və ayrı qaldıqdan sonra münasibətlərini bərpa edəcəklər. Məncə, milli komanda, federasiya prezidenti və baş məşqçi səhv etdiklərini anlayacaqlar. Çünki əsas oyunçunun, ən yaxşı səfirinin, ölkə tarixinin ən ikonik şəxsiyyətinin milli komandanı belə tərk etməsinə imkan vermək olmaz.
Bilirəm ki, insanlar onun niyə getdiyini soruşacaqlar. Heç birimiz pərdə arxasında nələrin baş verdiyini bilmirik. Amma bir şeyi bilirəm: Kriştianu prinsiplərinə sadiq insandır və inandığı şeyləri müdafiə edir. Əgər ona qarşı düzgün davranılmadığını və ya ona verilən sözün tutulmadığını hiss edirsə, bunu qəbul etməyəcək. Mən də buna hörmət edirəm.
Bilirəm ki, çoxları bununla barışardı, amma Kriştianu öz dəyərini bilir. Mən bunu hər gün görmüşəm. Kriştiano yalnız qollar və məhsuldar ötürmələr qazandırmır. O, əvvəllər Portuqaliya haqqında heç nə eşitməyən insanların belə diqqətini ölkəyə və milli komandaya yönəldir. Ronaldo sayəsində Portuqaliya millisinin formaları dünyanın elə yerlərində satılır ki, oradakı insanlar Portuqaliyanın harada yerləşdiyini belə bilmirlər.
Ona görə də bəzi futbolçulara digərləri ilə eyni cür yanaşmaq olmaz. İngiltərədə Bekhemə digərləri kimi yanaşmırdılar, elə deyilmi? Portuqaliyada Kriştianoya, Argentinada Messiyə, Braziliyada Ronaldoya da belədir. Bunlar xüsusi münasibət tələb edən futbolçulardır.
Hörmət olmalıdır. Məncə, Kriştianonun millini tərk edə biləcəyi yeganə vəziyyət özünə hörmətsizlik edildiyini hiss etməsi ola bilərdi. Onun eqosu var və özünə hörmət edilmədiyini hiss edəndə buna reaksiya verir. Bu eqo olmasaydı, o, indiki Kriştianu olmazdı. Eyni sözləri sadaladığım digər futbolçular haqqında da demək olar. O, qazandığı bütün uğurlara öz eqosunun da sayəsində nail olub. Buna görə də eqonu bir vəziyyətdə göstərib, digərində boğmaq mümkün deyil. O, hər zaman özünü göstərir”, – Ferdinand deyib.
saytlarin hazirlanmasi
