U-21 millimiz Cəbəllütariqi qəbul edir - YENİLƏNİR

10:54 - 6 Oktyabr 2026

Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 10-cu tur oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, yığma B qrupunun görüşündə Cəbəllütariqlə üz-üzə gələcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:45-də başlayacaq. Matçı lüksemburqlu baş hakim Yasmin Sabotiç idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın yer aldığı B qrupunda 9 oyundan sonra 7 xalla 5-cidir.

Xəbər xətti