Bu gün 4 cüdoçumuz mübarizə aparacaq - Dünya çempionatı

10:46 - 7 Oktyabr 2026

Bakıda böyüklər arasında cüdo üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün mundialda Azərbaycanın dörd təmsilçisi mübarizə aparacaq.

Hanna Zaytseva (63 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hamısı 81 kq) tatamiyə çıxacaqlar.

DÇ-nin təsnifat mərhələsi saat 10:30-da start götürür. Final bloku saat 18:00-da başlanır.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan yarış oktyabrın 11-də yekunlaşacaq.

Azərbaycan komandasından hələlik Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Xəbər xətti