"Arsenal"dan Arteta qərarı - RƏSMİ

15:59 - 7 Oktyabr 2026

"Arsenal" baş məşqçi Mikel Artetanın müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssislə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabrında "Arsenal"ın baş məşqçisi vəzifəsinə təyin olunub. London təmsilçisi ispaniyalı çalışdırıcının rəhbərliyi altında 2025/26 mövsümündə Premyer Liqanın qalibi olub.

Xəbər xətti