“Qarabağ” “Fənərbağça”nın sabiq futbolçusunu istədi – yarım milyonluq tələb

16:39 - 7 Oktyabr 2026

"Qarabağ"ın yay transfer dönəmində heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Ağdam təmsilçisinin transfer siyahısında Türkiyənin "Fənərbağça" klubunun sabiq müdafiəçisi Attila Salai də yer alıb. Hazırda 28 yaşı olan macar futbolçu yayda azad agent statusunda olub.

"Qarabağ" Salai ilə ilkin danışıqlar aparsa da, tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər. Müdafiəçi illik təxminən 500-600 min avro məvacib tələb edib.

Almaniyanın "Hoffenhaym" klubunda da çıxış etmiş Salai azad agent kimi Polşa təmsilçisi "Poqon"a keçib. Azərbaycan klubu isə digər alternativlərə yönəlib.

Xəbər xətti