Skott Maktominey "Napoli"dən ayrıla bilər.
Sportal.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasına qayıtmaq istəyir. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.
İtaliya klubu oyunçusunu satmağın əleyhinə deyil. A Seriyası nəhəngi 29 yaşlı futbolçunun satışından 25-30 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, "Napoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən 30,5 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
