Millimiz "Antalyaspor"la qarşılaşacaq

18:16 - 7 Oktyabr 2026

Qadınlardan ibarət Azərbaycan milli komandası oktyabrın 5-dən 13-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirir.

Sportal.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində oktyabrın 9-da “Antalyaspor”un qadın komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşma “Titanic Deluxe Belek Football Center”də baş tutacaq.

Xəbər xətti