“Kəpəz” Şamaxıya yollandı - FOTOLAR

16:43 - 8 Oktyabr 2026

"Kəpəz" klubu Misli Premyer Liqasının 2026/27 mövsümündə ikinci səfər oyununu keçirmək üçün bu gün Şamaxıya yollanıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" çempionatın VII turu çərçivəsində sabah "Araz-Naxçıvan"la qarşılaşacaq. 

Baş məşqçi Azər Məmmədov yetirmələrini bu gün saat 17-də oyunöncəsi son məşqə çıxaracaq. 

Komanda oyunu sabah saat 16-da Şamaxı şəhər stadionunda start götürəcək.

Qeyd edək ki, "Kəpəz" hazırda 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti