Bu mövsüm də doğma rayonuna dönməyən, nə vaxtsa qayıtması böyük sual altında olan "İmişli" ilə bağlı yeni xəbər var.
Sportal.az saytının əldə etdiyi məlumata görə, klubun rəhbəri Kamran Eyyubova İmişli rayonunda stadion tikintisi üçün torpaq təklif olunub. Meşəlik əraziyə yaxın yerdə yerləşən torpaq sahəsi həm stadion, həm də baza tikintisi üçün məqbul sayılıb.
Lakin tərəflər razılığa gələ bilməyiblər. "İmişli"nin rəhbəri deyilən qiymətlə razılaşmayıb.
saytlarin hazirlanmasi
