FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Sportal.az xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində B qrupunun 3 oyununda fəaliyyət göstərəcək. Fəridə Lütfəliyeva oktyabrın 7-də İrlandiya – Ermənistan matçını idarə edib.
Təmsilçimiz oktyabrın 13-də Ermənistan – Gürcüstan görüşünün baş hakimi, 10-da isə Bolqarıstan – Ermənistan qarşılaşmasının ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmaya baş hakimin köməkçisi kimi təyin edilib. Oyunlar Bolqarıstanın Albena şəhərində keçirilir.
saytlarin hazirlanmasi
