Simiç "Neftçi" ilə matç haqda: "Bunu böyük problem kimi qəbul etməzdim"

12:47 - 10 Oktyabr 2026

“Sabah”ın futbolçusu Velko Simiç Misli Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə 0:0 hesabı ilə başa çatan matç haqda danışıb.

Sportal.az xəbər verir ki, serb futbolçu komandasının səfərdəki bərabərliyini bu cür şərh edib:

"Təxminən üç həftəlik fasilədən sonra yaxşı oyun keçirdik. Uzun fasilə komandanın oyun ritminə təsir etsə də, bu qaçılmaz idi. Çünki oyunçuların əksəriyyəti milli komandaları ilə səfərdə idi. Düşünürəm ki, növbəti matçlarda daha yaxşı nəticə göstərəcəyik.

Matçın gedişindəki mübahisəyə gəldikdə, bunu böyük problem kimi qəbul etməzdim. Bu kimi şeylər vacib oyunlarda olur. Hamı qalib gəlmək istəyir və bəzən emosiyalar çoxalır. Qeyri-adi bir şey baş vermədi".
 

Xəbər xətti