Millimizin üzvü son dəqiqələrdə meydana daxil oldu

22:42 - 17 Oktyabr 2026

Rumıniya Futbol Superliqasında 12-ci turun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda “Sepsi” ilə heç-heçə edib (1:1).

Hüseynov bütün qollar vurulduqdan sonra, matçın 85-ci dəqiqəsində meydana daxil olub.

Hazırda “Petrolul” 20 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti