Millimizin hücumçusu matçın iştirak ərizəsində yer almadı

00:27 - 18 Oktyabr 2026

Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Bukovina" səfərdə "Kudrivka"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb. 

Qeyd edək ki, "Bukovina" 8 xalla 10-cu sırada yer alıb.

Xəbər xətti