Almaniya millisinin üzvü sabiq klubuna geri qayıda bilər

17:17 - 18 Oktyabr 2026

Almaniya millisinin üzvü Feliks Nmeça İngiltərəyə geri qayıda bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Mançester Siti”nin yetirməsi olan yarımmüdafiəçi İngiltərənin birdən-brə 4 klubundan təklif alıb.

“Liverpul”, “Nyukasl”, “Mançester Siti” və “Mançester Yunayted” alman futbolçu üçün hərəkətə keçib.

26 yaşlı futbolçu isə hələ ki qərarını verməyib. Onun “Borussiya” (Dortmund) ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

“Mançester Siti”nin yetirməsi “Volfsburq”da da oynayıb.
 

Xəbər xətti