Azərbaycan millisi İsrailə qarşı

10:17 - 26 Oktyabr 2026

Futbol üzrə U-15 Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında bu gün daha iki matç keçirəcək.

Sportal.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq.

Saat 18:15-də isə rəqibimiz Haiti yığması olacaq.

Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında reallaşacaq.

Xatırladaq ki, komandamız turnirdə əvvəlki oyunlarında Timor-Lesteni 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliya kollektivinə uduzub - 1:3.

Xəbər xətti