Yığma komandamız dünya çempionatında növbəti qələbəsini qazandı

12:17 - 26 Oktyabr 2026

Azərbaycan milli komandası Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi yığma İsraillə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutan görüşdə millimiz rəqibinə 3:1 məğlub edib.

Qeyd edək ki, yığmamız daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Xəbər xətti