"Rea"ın hücumçusu Kilian Mbappe klub tarixində bütün turnirlərdə ən azı 100 qol vuran 10-cu əcnəbi futbolçu olub.
Sportal.az xəbər verir ki, fransalı forvard bu nailiyyətə La Liqanın 10-cu turunun "Barselona" ilə matçında imza atıb.
Mbappenin vurduğu 2 qol sayəsində "Real" səfərdə 2:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə 27 yaşlı futbolçu klubda 100 qol səddini keçən digər 9 əcnəbi oyunçunun sırasına qoşulub.
"Real"ın tarixində ən çox qol vuran əcnəbi futbolçu 450 qolla Kriştiano Ronaldodur. Kərim Benzema 354 qolla 2-ci, macarıstanlı Ferens Puşkaş isə 242 qolla ilk üçlüyü tamamlayır.
Kriştiano Ronaldo (Portuqaliya) - 450 qol
Kərim Benzema (Fransa) - 354
Ferens Puşkaş (Macarıstan) - 242
Uqo Sançes (Meksika) - 208
Vinisius Junior (Braziliya) - 129
Qonsalo İquain (Argentina) - 121
Qaret Beyl (Uels) - 106
Ronaldo (Braziliya) - 104
İvan Samorano (Çili) - 101
Kilian Mbappe (Fransa) - 100
