"İnter" millinin üzvü ilə müqavilə imzalayacaq

18:21 - 31 Oktyabr 2026

"İnter" Avropanın bir neçə klubunun transfer siyahısında yer alan müdafiəçi Federiko Dimarkonun müqaviləsinin müddətini artıracaq.

Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

A Seriyası nəhəngi artıq İtaliya milli komandasının üzvü ilə şifahi razılıq əldə edib. Tezliklə 28 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. Təcrübəli futbolçu cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti