Futbol üzrə Türkiyə I Liqasında XIII turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Bandırmaspor"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Toral Bayramov da bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 25 yaşlı sol cinah müdafiəçisi 90 dəqiqə meydanda qalıb. O. 7-ci dəqiqədə komandasının ilk qolunun məhsuldar ötürməsini verib.
Xallarını 31-ə yüksəldən "Bursaspor" liderliyini davam etdirir.
saytlarin hazirlanmasi
