Yeton Bekiri: "1 xal qazanmağa layiq idik"

20:38 - 31 Oktyabr 2026

"Qəbələ" Misli Premyer Liqasında X turunda doğma meydanda "Qarabağ" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamdan razıyam. Müdafiədə yaxşı çıxış etdik. Qol vurmaq üçün də şanslarımız oldu. Ölkənin ən yaxşı komandalarından birinə qarşı oynadıq. Məncə,  1 xal qazanmağa layiq idik.

- Komandanın hədəfi Premyer Liqada qalmaqdır, yoxsa daha yüksək pillələr uğrunda mübarizə aparmaq olar?

- Oyundan-oyuna, məşqdən-məşqə daha yaxşı çalışmalıyıq. Futbolçularım bunu edirlər. Mövsümün sonu üçün hansısa proqnoz deyə bilmərəm. Hər matçda hər birimiz maksimumu etməyə çalışmalıyıq. "Qəbələ"yə çempionatın gedişində gəldik. Oyunçuların bizim nə istədiyimizi başa düşməsi üçün müəyyən zaman lazımdır.

- Yerli futbolçuların potensialı sizi qane edir?

- Futbolçuları yerli və ya əcnəbi olmasına görə dəyərləndirmirəm. Hamısı bir komanda kimi məşq edir. kim daha yaxşıdırsa, o da start heyətində yer alır. bu gün ilk "11-lik"də 5 azərbaycanlı futbolçu var idi. Onlardan razıyam. Razı olduğum üçün də start heyətində oynayırlar.

- Ölkənin ən güclü komandalarından "Sabah"a 0:4 hesabı ilə uduzduz, "Qarabağ"la isə heç-heçə etdiz. Bu iki oyun arasındakı vaxtda nələri dəyişdiz?

- Birinci psixoloji dəyişikliklər etdik. İkincisi də komandanın oyun üslubunu dəyişdik. Futbolçuların oyun stilimizə uyğunlaşması üçün zaman lazımdır. "Sabah"a məğlub olduğumuz matçda da qol imkanlarımız olmuşdu. Bu gün də oldu. "Sabah" və "Qarabağ" Azərbaycanın ən yüksək səviyyəli komandalarıdır. Az komandalar onlardan xal ala bilir. Biz öz işimizi görürük.

Elçin Əllixan

Xəbər xətti