Bellingem Zidanı geridə qoydu

16:58 - 2 Noyabr 2026

"Real"ın yarımmüdafiəçi Cud Bellingem vurulan qolların sayına görə klubun əfsanəsi Zinedin Zidanı geridə qoyub.

​Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu La Liqanın "Rasinq"lə matçının (3:0) 22-ci dəqiqəsində fərqlənib.

Bu, Bellingemin "kral klubu"nun heyətində vurduğu 50-ci qolu olub. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi bu göstərici ilə Zinedin Zidanı (49 qol) geridə qoyub. Cud bu nailiyyətə 154 oyunda çatıb. Zidan isə 227 qarşılaşmada bunu bacarıb.

​Xatırladaq ki, Zidan 2001-2006-cı illərdə "Real"ın şərəfini qoruyub, Bellingem isə İspaniya nəhənginin heyətinə 2023-cü ilin yayında qoşulub.

Xəbər xətti