UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsində "Sabah" səfərdə Norveçin "Vikinq" klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "Sabah"ın futbolçusu Eyden Makkarti oyundan öncə keçirilən mətbuat konfransında matç haqda fikirlərini bildirib:
“Təkcə müdafiə xətti deyil, bütün komanda vahid mexanizm kimi fəaliyyət göstərməlidir. Hər vəziyyətin öz həll yolu var. Komanda yoldaşlarıma inanıram. Layiqli oyun nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik. Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər.
Çempionlar Liqasında vurduğum qola gəlincə, bu, özümə olan inamımı daha da artırdı. Heç nə asan başa gəlmir. Yenidən qol vurmaq şansım olsa, bundan maksimum yararlanmağa çalışacağam. Eyni zamanda, müdafiədə etibarlı çıxış etməliyik”.
saytlarin hazirlanmasi
