PSJ UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun matçında səfərdə "Vilyarreal"ı darmadağın edib (6:0).
Sportal.az xəbər verir ki, Luis Enrikenin komandası bunun sayəsində klubun tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində ardıcıl 14 oyunu məğlubiyyətsiz keçirə bilib.
PSJ əsas turnirdə sonuncu dəfə bu ilin yanvarında “Sportinq”ə (1:2) uduzub. Bununla belə, Paris təmsilçisi ardıcıl iki dəfə Çempionlar Liqasının qalibi olublar.
PSJ Çempionlar Liqası matçında ən tez 4 qol vuran komanda kimi də rekorda imza atdı. Fransa nəhəngi 16 dəqiqə 2 saniyə ərzində rəqibi 4 dəfə məyus edib.
saytlarin hazirlanmasi
