"Bakı" "Udineze" ilə yoldaşlıq oyunu keçirəcək

16:23 - 16 İyul 2013

Matç  İtaliyada baş tutacaq
 
Avstriyada təlim-məşq toplanışı çərçivəsində komandamız daha üç yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq yoldaşlıq oyunlarında rəqiblərimizdən biri müəyənləşib. Bu İtaliyanın iddialı komandalarından biri olan "Udineze" klubudur. Oyun 21 iyul Bakı vaxtı ilə saat 20:30 da İtaliyanın Tolmezo şəhərində keçiriləcək.
 
Bu gün isə, Bakı vaxtı ilə 21:00 da "Bakı" Serbiyanın "Donjı Srem" klubu ilə qarşılaşacaq.

Xəbər xətti