Neymarın "Barselona"da geyəcəyi nömrə bəlli oldu

12:19 - 19 İyul 2013

Alkantara getdi, nömrəsi Neymara qaldı
 
“Barselona”nın yeni transferi Neymarın komandada neçə nömrəli forma altında çıxış edəcəyi müəyyən olunub.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu növbəti mövsümdə “Bavariya”ya transfer olunan Tiaqo Alkantaranın 11 nömrəli futbolkasını geyinəcək. “Barselona”nın yeni ulduzu ispan futbolçunun gedişindən sonra məhz bu nömrəli formanı seçib. 
 
Qeyd edək ki, Neymar keçmiş komandası “Santos”da da 11 nömrəli forma altında çıxış edib. 

Xəbər xətti