"Qəbələ" Gürcüstana yollandı

Klub təlim-məşq toplanışının 2-ci mərhələsini qonşu ölkədə keçirəcək

 

Növbəti mövsüm hazırlıqlarının ilkin mərhələsini doğma şəhərdə keçirən "Qəbələ"nin əvəzedicilər komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün ötən gün Gürcüstana yollanıb.

 
Sportal.az xəbər verir ki, Luis Araqonun yetirmələri qonşu ölkədə iyulun 27-dək hazırlıq keçəcək. 
 
Səfər müddətində - iyulun 21-i, 22-i, 23-ü və 25-i komanda 4 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. "Qəbələ" Gürcüstana 27 nəfərlik futbolçu heyəti ilə yollanıb:
 
Rəşid Əmiraslanov, Murad Musayev, Müşfiq Teymurov, Hümbət Cəfərov, Ramazan Həsənov, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov, Tərlan Əhmədov, Elsevər Bəkirzadə, Əziz Hüseynov, Tellur Mütəllibov, Ruslan Bədəlov, Əli Hüseynli, Amol Yunanov, Kamal Mirzəyev, Salman İbrahimov, Fərid Hacıyev, Ehtiram Şahverdiyev, Qismət Alıyev, İbrahim Aslanlı, Həsən Hüseynov, Ramiz Əliyev, Elton Xudadatov, İsmayıl İsmayılov, Vəkil Talıbov, Elşən İsmayılov, Anar Hüseynov. 
Tarix: 20 İyul [00:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio