Rauf Əliyevdən 2 qol

03:15 - 20 İyul 2013

"BAkı" futbolçularını sınadı 

 

“Bakı” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Sportal.az klubun saytına istinadən xəbər verir ki, “zolaqlılar”ın ötən gün axşam məşqində Milinko Pantiç ikitərəfli oyun keçirib.
 
“Göy” və “Yaşıl” formalara bölünən komanda hər biri 40 dəqiqədən ibarət iki hissə oynayıb. Matç “Yaşıl” formalı komandanın böyük hesablı qələbəsiylə başa çatıb. Belə ki, “Yaşıl”lar “Göylər”in qapısından dörd cavabsız top keçirib.
 
Rauf Əliyev dubl edib, Cavid Hüseynov və Elvin Məmmədov isə hərəyə bir qol vurublar. 

Xəbər xətti