"Qarabağ" artıq Polşadadı

20:59 - 24 İyul 2013

Təmsilçimiz "Piast"la qarşılaşacaq

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Piast"ın qonağı olacaq təmsilçimiz "Qarabağ" artıq Polşaya çatıb. 
 
Sportal.az xəbər verir ki, Ağdam klubu bu gün Bakı vaxtıyla 20:30-da oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.
 
Qeyd edək ki, "Piast" - "Qarabağ" matçı iyulun 25-də, Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək. Bu komandalar arasında baş tutan ilk görüş 2:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatmışdı.

Xəbər xətti