"Qəbələ" Macarıstan klubunu belə məğlub etdi FOTOREPORTAJ

04:28 - 26 İyul 2013

"Qırmızı-qaralar" oyunun taleyini 1-ci hissədə həll etdi 

 

Avstriyanın Zalsburq bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün toplanış çərçivəsində ikinci oyununu keçirib.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, İlk oyunda Türkiyənin "Gənclərbirliyi" kollektivini yenən Yuri Syominin yetirmələri (3:1) ikinci qarşılaşmada Macarıstanın "Zalegerszeg" klubu ilə münasibətlərinə aydınlıq gətiriblər.
 
Matç ilk dəqiqələrdən "Qəbələ"nin üstünlüyü ilə start götürdü. Rəqibə göz açmağa imkan verməyən "qırmızı-qaralar" 22-ci dəqiqədə hesabda önə keçdilər. Tərzin Cahangirovun qüvvətli zərbəsi qapıçı üçün qarşısıalınmaz oldu - 1:0. Qoldan sonra hücumlarının kəsərini daha da artıran Yuri Syominin yetirmələri 30-cu dəqiqədə yenidən fərqləndilər. Dodo Leonardonun sol cinahdan ideal ötürməsini tək toxunuşla tora göndərdi - 2:0. 3-cü qolu aktivinə yazmaqçün "Qəbələ"yə 13 dəqiqə lazım oldu. Sol cinahdan sürətli keçidlərlə müdafiəçiləri çaş-baş salan Leonardo keçidini dəqiq zərbə ilə tamamladı - 3:0.
İkinci yarı da eyni ssenari üzrə davam etdi. "Qəbələ" hücum edən, "Zalegerszeg" isə müdafiə olunan tərəf idi. Hissə ərzində "Qəbələ" bir neçə əlverişli epizod yaratsa da, hesab dəyişmədi və "qırmızı-qaralar" toplanış çərçivəsində keçirdikləri ikinci oyundan da qələbə ilə ayrıldılar.
Xatırladaq ki, "Qəbələ" Avstriyada son oyununu iyulun 27-i Türkiyə təmsilçisi "Çaykur Rizəspor"a qarşı keçirəcək. 
 
 "Qəbələ" macarlara qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
 
25. Dieqo Kosta Silva, 84. Deyan Kelhar (15. Omar Kalabane), 5. Sadiq Quliyev (6. Vladimir Levin),3. Nikola Valentiç (35. Elvin Camalov), 2. Rail Məlikov (34. Ürfan Abbasov, 23. Şəhriyar Xəlilov), 4. Amit Quluzadə (18. İbrahima Niasse), 7. Tərzin Cahangirov (14. Lorenzo Ebesilyo), 10. Dodo (31. Daniel Subotiç), 42. Leonardo Da Silva (21. Elmar Baxşıyev), 22. Rodriges Assis (8. Nizami Hacıyev), 9. Viktor Mendy (11. Yannik Kamanan)
 
 
Yoxlama oyunu
25 iyul
 
Qəbələ (AZƏRBAYCAN) – Zalaeqerseq (Macarıstan) - 3:0
Qollar: Cahangirov, 20, Dodo, 28, Leonardo, 42
 
 

Xəbər xətti