Reynaldo: "Gefle"ni də keçəcəyimizə inanıram" MÜSAHİBƏ

14:30 - 27 İyul 2013

"Biz qələbəyə layiq idik"
 
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo Dos Santosun Sportal.az saytına müsahibəsi
 
 
- “Piast” ilə səfər oyunu haqqında nə deyə bilərsən?
- Oyun çox çətin oldu. Meydanda daha çox sərt oyun gedirdi. İlk qolu biz vurduq, amma sonra ikisini buraxdıq. Bundan sonra komandaya toparlanmaq lazım idi. Və biz bunu bacardıq. Toparlanıb daha bir qol vurduq. Çünki biz meydanda üəriylə vuruşduq. Ona görə də məhz qələbəni biz qazandıq. 
 
- Rəqib iki qol vuranda nə hiss etdiniz?
- Bu oyundur. Futbolda belə şeylərə tez-tez rast gəlmək olar. İki qoldan sonra ayıldıq. Oyuna tam konsentrasiya olduq. Kaponun qolu ilə biz artıq növbəti mərhələyə vəsiqəni qazandıq.
 
- 2 qolu buraxandan sonra inanırdın ki, növbəti məhrələyə keçəcəksiniz?
- Əlbəttə, inanırdıq. Bütün komanda buna inanırdı. Məhz bunu bacardıq.Azarkeşlərimizə sevinc yaşatdıq.
 
- Növbəti rəqibiniz İsveç klubu “Gefle” olacaq. Bu komandaya qalib gələcəyinizə inanırsan?
- Biz buna inanırıq. Yenə də öz oyunumuzu göstərib qələbə qazanmağa çalışacağıq. İnanırm ki, biz Avropa Liqasının qrupundan oynayacağıq. Azarkeşlərimizin dəstəyi sayəsində məhz üçüncü mərhələni də keçəcəyik. “Qefle” güclü komanda olsa da, “Qarabağ” heç kəsdən zəif deyil.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti