"Bakı" daha bir oyun keçirəcək

13:59 - 28 İyul 2013

Rəqib məlum deyil
 
Bakı” bu gün daha bir yoxlama oyunu keçirəcək. Sportal.az xəbər verir ki, “zolaqlılar” Birinci Divizion təmsilçisi “Lokomotiv” ilə üz-üzə gələcək.
 
Görüş saat 18:00-da start götürəcək.
 
Qeyd edək ki, “Bakı” növbəti mövsümdə xidmətindən yararlanacağı futbolçuların siyahısını hələ də müəyyənləşdirməyib. İstisna deyil ki, serbiyalı baş məşqçi Milinko Pantiç komandadakı oyunçularla bağlı məhz bu gün baş tutacaq sınaq matçından sonra qərar versin.

Xəbər xətti