"Qarabağ" - "Gefle" matçının biletləri kassalarda

15:16 - 30 İyul 2013

Matç avqustun 1-i keçiriləcək

 

Avropa Liqasının III mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" avqustun 1-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveç "Gefle"sini qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın biletləri artıq dünən axşam saatlarından satışa çıxarılıb. VİP-dən başqa, bütün sektorlar üçün bir biletin qiyməti 1 manat təşkil edir. Azarkeşlər biletləri Tofiq Bəhramov stadionunun qarşısında yerləşən kassalaradan əldə edə bilərlər. 

Xəbər xətti