"Simurq" nə vaxta qədər Qəbələdə oynayacaq?

14:25 - 1 Avqust 2013

Zaqatalalıların stadionun Avqustun axırına qədər hazır olacaq
 
"Simurq" stadionunun təmirə bağlanması səbəbindən oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək. Lakin bunun nə vaxta qədər davam edəcəyi məlum deyil.
 
"Simurq"un nə vaxta yenidən Zaqatalada oynayacağını öyrənmək üçün komandanın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi Sportal.az-a açıqlamasında bunları dedi:
 
"Hələki birinci turun oyununu Qəbələdə oynayacağıq. Bundan sonra iki matçımız səfərdədir. Avqust ayının axırına qədər stadionumuz hazır olmalıdır".

Xəbər xətti