Aqil Abbas: "Qurban Qurbanova və onun komandasına inanıram"

14:29 - 1 Avqust 2013

Millət vəkili oyunla bağlı fikirlərini bildirdi
 
Bir neçə gündür ki, ölkə ictimaiyyəti Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Gefle” qarşılaşmasına hazırlaşır.
 
Sportal.az Qafqazinfo.az saytına istinadən xəbər verir ki, ölkənin tanınmış sənətçiləri, idman mütəxəssisləri və jurnalistləri “Qarabağ”a dəstək olmaq üçün həmrəylik göstərəcəklərini bildirirlər.
 
Bu məqamda klubun fəxri prezidenti, millət vəkili Aqil Abbasın oyunla bağlı fikirlərini öyrənib.  O, “Qarabağ”a uğur arzuladığını və qalib gələcəyinə inandığını deyib:
 
“Mən hazırda Bakıda deyiləm, xaricdəyəm. Qurban Qurbanova və onun komandasına inanıram. "Qarabağ" qalib gələcək”.
 
Qeyd edək ki, “Qarabağ”la “Gefle” arasındakı qarşılaşma bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti