Rövnəq Abdullayev: "Qurban Qurbanov səfərdə də bu komandanı məğlub edəcək"

23:23 - 1 Avqust 2013

"Berti Foqts bizə 5 ildə nəticə qazandırıb"

 

"Qarabağ" əla oynadı. Təbrik edirəm. İnanıram ki, Qurban Qurbanov səfərdə də bu komandanı məğlub edəcək".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ" -  "Gefle" (1:0) oyunundan sonra AFFA prezidenti Rövnəq Abdullayev deyib. Təmsilçimizi təbrik edən Abdullayev bu sözləri deyib:

 

"Çox qol vurmalı idik. Amma az oldu. Yenə də qələbə qələbədir. Təbrik edirəm".

 

Sual: "Berti Foqts Azərbaycan klublarındakı məşqçilərlə problemi olduğunu deyir".

"Normal şeydir. İnciklik hər yerdə olur. Foqts bizə 5 ildə nəticə qazandırıb. Milli komandada irəliləyiş var."

Xəbər xətti