"Komandam məsuliyyəti anladı və qələbə qazandı"

10:51 - 3 Avqust 2013

Yuri Syomin: "Mənə görə, iki fərqli hissə oldu"
 
Premyer Liqanın yeni mövsümünün açılış oyununda “Qəbələ” səfərdə “Bakı” ilə qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, əzmkar qələbə qazanan “Qəbələ” ilk 3 xalı aktivinə yazıb – 2:1. Oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Yuri Syomin bunları deyib: 
 
 “Mənə görə, iki fərqli hissə oldu. İlk hissədə yaxşı oynamadıq. Fasilədən sonra isə ötürmələrdə səhvlər etmədik. Bu, Premyer Liqanın ilk oyunu idi, səfər oyunu idi. Komandam bundan irəli gələn məsuliyyəti anladı və qələbə qazandı”.

Xəbər xətti