İlkay Gündoğan Almaniya kanalına Türkiyəni tanıtdı FOTO+VİDEO

13:48 - 3 Avqust 2013

Türk olduğum qürür duyuram"
 
Dortmund “Borussiya”sının türk əsilli alman futbolçusu İlkay Gündoğan verdiyi müsahibədə Türkiyəni tanıdıb.
 
Sportal.az xəbər verir ki, Almaniyanın ZDF televiziya kanalına danışan futbolçu Türkiyənin tarixi və turistik məkanlarını gəzib və türk olduğu üçün qürür duyduğunu söyləyib:
 
“Almaniyada doğuldum və böyüdüm. Özümü orda çox yaxşı hiss edirəm. Amma türk əsilliyəm. Bunu inkar etmirəm və inkar da etmək istəmirəm. Türk olduğum üçün qürür duyuram. Bu yerlərə gəlməyimdə hər iki ölkənin böyük rolu var. Məncə, bu birləşmə heç də pis deyil”. 
 
Qeyd edək ki, İstanbulu gəzən futbolçu məşhur türk lokumunun hazırlanma qaydasını da göstərib. 
 
 
 
 

Xəbər xətti