"Oyuna daxil olarkən özümə və kollektivimizə inanırdım"

14:04 - 3 Avqust 2013

Viktor Mendi: "Bunun nəticəsini də gördük"
 
"Bakı” – “Qəbələ” qarşılaşması mövsümün ilk matçı olduğundan hər iki komanda üçün önəm kəsb edirdi. Hər iki kollektiv çempionata qələbə ilə başlamaq istəyirdi. Bu baxımdan futbolçuların üzərinə böyük məsuliyyət düşürdü. “Bakı” matça daha yaxşı başladı və erkən qola sevindi. Lakin təslim olmadıq, sonadək mübarizə aparıb yekunda qələbə qazandıq”.
 
Sportal.az xəbər verir ki, bu sözləri Premyer Liqanın ilk turunda – “Bakı” – “Qələbə” matçında sonradan oyuna daxil olan və 2 qola imza atmaqla "Qəbələ"yə qələbə qazandıran Viktor Mendi klubun rəsmi saytına söyləyib. Hücumçu komandasının layiqli qələbə qazandığını, qalibiyyətdə pay sahibi olduğu üçün sevincli olduğunu deyib:
 
“Komanda olaraq yaxşı hazırlıq prosesi keçdik. Bunun nəticəsini də gördük. Oyuna daxil olarkən özümə və kollektivimizə inanırdım. Qələbədə pay sahibi olduğuma görə sevincliyəm. Qarşıda bizi çətin oyunlar gözləyir və bu cür başlanğıc mənə gələcək üçün əlavə stimul verir. “Bakı” - “Qəbələ” oyunu artıq arxada qaldı. İndi bu oyunu yaxşı analiz etməli, səhvlərimizin üzərində işləyərək növbəti görüşlərə hazırlaşmalıyıq”. 

Xəbər xətti