Millimizin turnirdə ikinci məğlubiyyəti

12:00 - 7 Avqust 2013

Gənc futbolçularımız yenə uduzdu
 
Qırğızıstanda təşkil olunmuş "Dostluq kuboku" turnirində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qırğızıstanlı həmyaşıdları ilə qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, oyun 2:1 hesabı ilə Qırğızıstan komandasının xeyrinə başa çatıb.
 
Qeyd edək ki, turnirin ilk oyununda Belarus komandasını 5:3 hesabı ilə məğlub edən yığmamız, ikinci qarşılaşmada Tacikistan yığmasına 0:5 hesabı ilə məğlub olub.

Xəbər xətti