7 qələbə, 7 məğlubiyyət

15:11 - 7 Avqust 2013

Komandalar arasında keçirilən oyunlarda 31 top vurulub
 
Premyer Liqanın 2013-2014-cü illər mövsümünün 2-cı turu çərçivəsində “Bakı” səfərdə AZAL-la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, bu vaxta kimi komandalar 18 dəfə üz-üzə gəliblər. 7 oyunda rəqibindən üstün olan “Bakı” 7 qarşılaşmada məğlub olub, 4 oyunda isə barəbərlik qeydə alınıb. Komandanın AZAL üzərində ən böyük hesablı qələbəsi 3:1, ən böyük hesablı məğlubiyyəti isə 0:3 olub. Komandalar arasında keçirilən oyunlarda 31 top vurulub. 16 top “Bakı”nın, 15 top isə AZAL-ın aktivindədir.
 
Qeyd edək ki, Premyer Liqanın 2-ci turu 10 avqust, saat 19:00-da «AZAL Arena” stadionunda start götürəcək. 

Xəbər xətti