"Anji" dağılır?

12:23 - 10 Avqust 2013

Samuel Eto da komandadan gedir

 

Rusiya Premyer Liqasına istədiyi kimi başlaya bilməyən "Anji" klubunda vəziyyət gərginləşib.

 

Sportal.az xəbər verir ki, Quus Hiddinkin istefasından sonra Maxaçqala klubunun baş məşqçisi postuna Hacı Hacıyev gətirilib. Denisov, Jirkov, Kokorin kimi futbolçuların komandanı tərk edəcəyi deyilir. "Anji"nin kapitanı Samuel Etonun isə yaxın günlərdə "Napoli" ilə müqavilə bağlayacağı Maxaçqalada gəzən söz-söhbətlər arasındadır. Klubun yeni çalışdırıcısı Hacı Hacıyev gələcəyə nikbin baxdığını və yeni komanda yaradacağını bildirib:

 

"Komandada hal-hazırda vəziyyət yaxşı deyil. Klubun prezidenti baş verən uğursuzluqdan çox narahatdır. Mən ona yeni komanda yaradacağımı söz vermişəm".

Xəbər xətti