AZAL "Bakı"ya, "Neftçi" "Rəvan"a qalib gəlib YENİLƏNİB

22:49 - 10 Avqust 2013

2-ci tura start verilir
 
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilir. Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Turun açılış oyununda AZAL və "Bakı" üz-üzə gələcək. İlk turda məğlub olan Pantiçin komandası AZAL-la oyunda qələbə qazanmaq istəyir. 
 
Yeni mövsümə uğurlu başlayan "Neftçi" ilk turda AZAL-ı darmadağın etmişdi. "Ağ qaralar" bu dəfə çempionatın birinci turunda "Simurq"a məğlub olan "Rəvan"la üz-üzə gələcək.
 
 
Azərbaycan Premyer Liqası
II tur
10 avqust
 
19:00. AZAL – “Bakı” 1:0 
Qol: Viktor İqbekoye, 28
Qırmızı vərəqə: Deyvidas Çesnauskis, 45+1
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Yaşar Abbasov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AZAL Arena stadionu
 
21:00. “Rəvan” – “Neftçi” 0:2 
Qollar: Bahodır Nasimov, 15,86,
Qırmızı vərəqə: Adamoviç M, 78
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elşən Acalov, Ramil Əhmədov
 
Bayıl Arena stadionu

Xəbər xətti