Ramil Əliyev məğlubiyyətdən danışdı

23:55 - 10 Avqust 2013

Ramil Əliyev: "İlk qoldan sonra oyunu bərabərləşdirə bildik"

 

"Bütün Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Oyuna pis başladıq, ilk dəqiqələrdən rəqibə ardıcıl qol epizodları yaratmağa imkan verdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan" klubunun baş məşqçisi Ramil Əliyev "Neftçi" ilə oyundan sonra (0:2) keçirilən mətbuat konfransında deyib. Baş məşqçi  futbolçusunun qırmızı vərəqə alması komandanın oyununa təsir etdiyini də bildirib:

 

"İlk qoldan sonra oyunu bərabərləşdirə bildik. Əks-hücumlardan yararlana bilmədik. Miloş Adamoviç meydandan qovulduqdan sonra “Neftçi” kimi rəqibə qarşı oynamaq daha da çətinləşdi. Yeni oyunçuların komanda şəklində oynaması üçün zamana ehtiyac var. Qarşıdakı oyunlarda xallar qazanmağa çalışacağıq. İki oyunda ardıcıl məğlubiyyət pis nəticədir” 

Xəbər xətti